İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Neynəva əyalətinin əməliyyat komandanlığı Mosulun şimalında insanların kütləvi basdırıldığı yeni bir qəbirin aşkarlandığını xəbər verib.
Xəbərdə deyilir ki, qəbirdə basdırılanlar İŞİD tərəfindən qətlə yetirilmiş yerli polis əməkdaşları olub.
İraqın Neynəva əyalətinin polis alayının əməliyyat komandiri Əmir Vasiq bu barədə xəbər verərək deyib ki, bu kütləvi qəbirdə Mosulun İŞİD tərəfindən edam olunaraq qətlə yetirilmiş ən azı 25 polis əməkdaşı dəfn edilib.
Əmir Vasiq (Neynəva əyalətinin polis alayının əməliyyat komandiri) bu polis əməkdaşlarının İŞİD terroristlərinin Ər-Rəşidiyyə bölgəsini işğal etdikdən sonra edam olunduqlarına işarə edərək dedi: Bu polis nəfərləri öz kimlik vəsiqələri ilə dəfn edilibdir.
Neynəva əyalətinin polis alayının əməliyyat komandiri əlavə etdi: Peşəkar bir qrup cəsədləri kütləvi qəbirdən çıxarmaqla məşğuldurlar. Cəsədlər hərbi tibbi ekspertiziydan keçirildikdən sonra ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, İŞİD-in İraqdakı terror əməliyyatlarından sonra bir neçə dəfə bu cür kütləvi qəbirlər aşkar edilib ki, bu qəbirlərdə sivil vətəndaşlar, hərbiçilər və polis nəfərləri edam edilərək dəfn ediliblər.