İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ümumdünya səhiyyə təşkilatı Yəməndə acınacaqlı müharibə vəziyyətinin yaratdığı difteriya xəstəliyinin yayılması nəticəsində indiyədək ölənlərin sayını 53 nəfər elan etdi.
Bu beynəlxalq təşkilatın yaydığı hesabatda deyilir ki, Yəmənin 19 əyalətinin 132 şəhərində 769 nəfərin bu xəstəliyə tutulduğu ehtimal edilir. Hesabatda bu xəstəliyin əsasən Yəmənin “İb” və “Hədidə” əyalətlərində daha çox yayıldığı vurğulanır.
Bundan öncə də keçən ilin yaz aylarında vəba xəstəliyinin yayılması nəticəsində Yəməndə 2 min 219 nəfərdən çox insan həyatını itirmişdi və hazırda Yəməndə bu xəstəliyə yoluxanların sayı 1 milyon nəfərə yaxınlaşmışdır.
BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi mərkəzlərin tətil edilməsi və tibbi avadanlıqların çatışmamazlığı ucbatından 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur və sağlam qidanın olmadığı üçün isə 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.
http://iqna.ir/fa/news/3684284