İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Omanın “əl-vətən” qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Omanlı tədqiqatçı Səid Mübarək özünün ən yeni tədqiqat əsərində Quran qiraətlərinin dilçilik baxımından həqiqətləri və Qurani- Kərimin məşhur “yeddi hərif” əsasənda “yeddi qiraət”inin müxtəlif cəhətləri barədə danışıb.
Bu omanlı tədqiqatçı “Quran qiraətlərinin dilçilik baxımından zahiri həqiqətləri” adlı əsərində çalışıb ki, Qurani- Kərimin “yeddi qiarət” əsasından oxunuşunun həqiqətini və məqsədini şərh və bəyan etsin.
Səid Mübarək “yeddi hərif” ilə “yeddi qiraət” məsələsinin bir-birindən fərqləndiyinə qaildir. Bu barədə fikrini buna əsaslandırır ki, Peyğəmbərin (s) zamanında “yeddi qiraət” məsələsi olmayıb və qiraətlərdə ixtilaf Mücahidin zamanında, yəni “tabein”lərin zamanından sonra və 4-cü hicri-qəməri əsrində yaranıb.
Onun fikrincə Quranın ixtilafları kələmələrin “hərəkə”lərinin (səslər) ixtilafından doğub. Bu ixtilaf isə ilk əsrlərdə baş verib. Belə ki, Quran qariləri Quranı tilavət edərkən bu ixtilaflar Quranda olmayıb, amma qarilər fərqli oxuyublar.
Quran qariləri ilk əsirlərdə “hərəkə”siz (səssiz) kəlmələri özünün ayədən başa düşdüyü məna əsasında səsləndirib. Buna görə Səid Mübarək çalışıb ki, ayələrdəki ixtilaflı oxunuşu olan kələmələri qarilərin dövründəki dilçilik kitabları və lüğətlər əsasında məna edərək, ixtilafın mənşəsini tapsın.
“Quran qiraətlərinin dilçilik baxımından zahiri həqiqətləri” adlı əsər üç bölmədən ibarətdir. Birinci bölmədə “Səs məsələlərində hərəkələrin (səs əlamətləri) olması və ya silinməsi”, ikinci bölmədə “Hərəkərlərin (sait səslərin əlamətləri) morfoloji məsələlərdə kələmələrin üzərində olması və ya silinməsi” və üçüncü bölmədə “hərəkələrin və “tənvin”in silinməsi və ya yazılması qaydaları” mövzularını araşdırmışdır.
Qeyd edək ki, hicri- qəməri tarixinin ikinci əsrində 7 nəfər Quran qarisi “yeddi hərif” hədisini əsas tutaraq 7 qiraət növünü seçdilər və qalan qiraətləri ixtisara saldılar.