IQNA

“15 əsr nur və rəhmət elçisinə iqtida” adlı beynəlxalq vebinar İQNA-da keçiriləcək

12:28 - September 08, 2025
Xəbər sayı: 3498828
İQNA - “15 əsr nur və rəhmət elçisinə iqtida” adlı beynəlxalq vebinar müxtəlif ölkələrin elm və universitetlərindən alimlərin iştirakı ilə “İQNA” tərəfindən təşkil olunacaq.

“İQNA”-nın verdiyi xəbərə görə, bu beynəlxalq vebinar Xatəmül-Mürsəlin, Məhəmməd Mustafanın (s) mövludunun 1500 illiyi münasibətilə çərşənbə günü, saat 13:00-da Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) təşəbbüsü ilə keçiriləcək.

Vebinarda müzakirə olunacaq mövzular:

“Qurani-Kərim və hədislər baxımından İslam Peyğəmbərinin (s) qlobal risaləti”,

“Nəbəvi sünnədə dözümlülük, tolerantlıq və mülayimlik”,

“Həzrət Peyğəmbər (s) bütün dövrlər üçün ülvü nümunə”,

“Sirətün-Nəbi (s) və dini kimliyin yenidən dərk olunması”,

“İslamın əbədiliyi və Qərb qloballaşması ideyasına qarşı vahid ümmət”.

Vebinarın studiya qonağı kimi höccətülislam vəl-müslimin Seyid Hüseyn Xadimian Nuşabadi, elm ocaqlarında və universitetlərdə müəllim olan alim iştirak edəcək. Virtual hissədə isə dünyanın müxtəlif ölkələrindən elm və din xadimləri çıxış edəcəklər.

Nəcəf-Əşrəfdə böyük mərcəyi-təqlid Ayətullah Şeyx Məhəmməd Yəqubi, Miçiqan Universitetinin tarix ustadı, “Məhəmməd: İmperiyaların mübarizəsi fonunda sülh Peyğəmbəri” kitabının müəllifi ustad Xuan Kol,

Hövzə və universitet müəllimi, İslami Mədəniyyət və Əlaqələr Təşkilatının Qumdakı nümayəndəliyinin rəhbəri Höccətülislam vəl-müslimin Yəhya Cahangiri, Əl-Əzhər Universitetinin ustadı Dr. Əbdüssəlam Qüvi, Livanda Müsəlman Alimləri Cəmiyyətinin rəhbəri Şeyx Yusif Qazi Həninə öz məruzələrini təqdim edəcəklər.

Həmçinin vebinarın canlı yayımları www.aparat.com/iqnanews/live ünvanında izlənilə biləcək və çıxışların məzmunu sonradan fars dilində altyazı ilə “İQNA” saytında dərc olunacaq.

4303013

captcha