“İQNA”-nın “ət-Tariq” agentliyinə istinadla verdiyi xəbərə görə, 65 yaşlı argentinalı bir kişi Hurğada şəhərindəki Mina Cümə məscidində camaat namazı qılanların qarşısında kəlmeyi-şəhadəteyni söylədikdən sonra İslama girdiyini elan edib.
“Albert” həyat yolunu dəyişməyə qərar verərək, “Məhəmməd” adı ilə yeni bir mərhələyə qədəm qoydu. Bu addım onun doğum günü ilə eyni zamana təsadüf etdi və fərqli bir ruh, ixlaslı bir imanla yeni doğuluşun rəmzi oldu.
Şəhadət gətirən kimi Hurğada məscidi “Allahu Əkbər” nidaları ilə coşdu. Namazqılanlar qardaşlıq və insanlıq mənalarını əks etdirən bu mənzərədə ona təbriklərini çatdırdılar və Məhəmmədin sabitqədəm olması üçün dua etdilər.
Məscidin imamı və vaizi Şeyx Hüsam Mahmud bu hadisəni iman və iradə ilə İslamı seçən bir kişi üçün yeni bir doğuluş adlandırdı.
Bu hadisə Hurğada xalqının tolerantlıq və dözümlülük ruhunu əks etdirən sadə bir bayrama çevrildi. Çünki Hurğada əhalisi Albertin İslama şərəflənməsini böyük məmnuniyyətlə qarşıladı və bu da İslamın bəşəriyyət dini olmasını, bütün millət və qövmərin qəlblərini birləşdirmə gücünə malik olduğunu göstərdi.
4302930