IQNA

Əhli-Beyti (ə) sevən xristian şair dünyadan köçdü

8:35 - January 29, 2018
Xəbər sayı: 3482701
Livanın xristian və məsihi şair və siyasətçisi Cozef Haşim 93 yaşında ikən fani dünya ilə vidalşadı. O, Əhli-Beytin (ə) fəzilətində “ĞƏDİRİYYƏ” qəsidəsini yazmışdır.

Əhli-Beyti (ə) sevən xristian şair dünyadan köçdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın xristian və məsihi siyasətçisi və həmçinin Əhli-Beyti (ə) sevən şairi Cozef Haşim keçən həftənin şənbə günü, 27 Yanvar 2018-ci il, uzun illər xəstəliklə mübarizədən sonra 93 yaşında ikən fani dünya ilə vidalşadı.

Cozef Haşim 1925- ci ildə Livanın məsihilər yaşayan “Cəbəl Livan” əyalətinin “Buşəriyyə” şəhərində anadan olmuşdur. Beyrutun “əl-Hikmət” məktəbində orta təhsilini başa vurduqdan sonra Ərəb dili və əbədiyyatı ixtisası üzrə Livanın “Sen Jozef” universitetinə qəbul oldu və təhsilatını bu ixtisas üzrə davam etdirdi.

Tədris, qəzet yazarı, Kətaib partiyasında üzvlük, Maliyyə, Səhiyyə və İş nazirliyində məsuliyyət, Livanın ictimai işlər və əlaqələr nazirliyində rəhbərlik və s... Cozef Haşimin siyasi və ictimai fəaliyyətlərinin bir hissəsidir.       

Bu xristian şair İslam peyğəmbərinin (ə) Əhli-Beytinin (ə) fəzilətində çoxlu şerlər, o cümlədən İmam Əlinin və Əhli-Beytin (ə) fəzilətində “ĞƏDİRİYYƏ” qəsidəsini yazmış və müsəlmanların Qədir Xum çölündə İmam Əli (ə) ilə beyət etməsini gözəl vəsf etmişdir.

Həmçinin onun Kərbəla vaqeəsi və Həzrət Zeynəb (s) barədə yazdığı “Zikra Əhli-Beyt (ə)” qəsidəsi də məşhurdur.

O, İmam Əli (ə) barəsində deyir: “Mən orta məktəbdə oxuduğum vaxtdan indiyədək Qurani- Kərimi 1000 dəfədən çox oxumuşam. Uşaqlıqdan İmam Əlinin (ə) aşiqi olmuşam. Nəhcül-Bəlağəni dəfələrlə mütaliə etmişəm. Amma illərdir mütaliə etməyimə baxmayaraq yenə də iddia edə bilmərəm ki, mən İmam Əlinin (ə) şəxsiyyətini hərtərəfli dərk edə bilmişəm... İmam Əli (ə) tanış olan, ona cəzb olur və hər kəs ki, ona cəzb olur, ondan təsirlənir”.

http://iqna.ir/fa/news/3686046

Teqlər: iqna ، cozef haşim ، ğədir xum ، şair
captcha