İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın milli irs və turizm nazirliyi bu ölkənin cənub rayonlarından birində qədim məscid qalıqlarının kəşf edildiyini elan edərək bildirdi ki, bu qədim tikilinin tarixi İslamın ilk əsrinə qayıdır.
Bu barədə Səudiyyə Ərəbistanın məşhur “Ukaz” qəzeti yazıb. Qəzetin yazdığına əsasən, Səudiyyə Ərəbistanın milli irs və turizm nazirliyi nəzdində fəaliyyət göstərən arxeoloji tədqiqat qrupu Ərəbistanın cənubi “Əsir” regionunda yerləşən “Bişə” əyalətində arxeoloji qazıntılar apardıqları zaman qədimi bir məscidin qalıqlarını kəşf ediblər. Sahəsi 616 kv.metr olan bu məscidin tarixi İslamın ilk əsrinə qayıdır.
Səudiyyə Ərəbistanın milli irs və turizm nazirliyi tərəfindən bu ölkənin qədim və tarixi əsələrini yeniləmək üçün yaradılmış bu elmi axtarış qrupunun məsul işçisi Abdullah Əkləbi bu barədə dedi: Kəşf edilən məscidin binanın xaricinə çıxıntı ilə tikilmiş yarımdairə mehrabı vardır. Məscidin ortası açıq bir sahə ilə tamamlanır. Məscidin cənubi küncündə bir- birinin yanında iki otaq var ki, ehtimal olunur ki, onlardan biri məscidi işıqlandırmaq üçün istifadə edilirmiş.
O əlavə edir: Elmi qrup öz axtarışını daha böyük bir ərazidə aparır və məsciddən əlavə digər qədim tapındılar, o cümlədən saxsı divar, hovuz, su anbarı və əkinçilik məhsulları saxlanılan saxsı çəlləklər də kəşf edilib.
Əkləbi dedi: Bundan əlavə ərazidə kiçik dar küçələr, yaşayış evlərindən xaricə çəkilmiş kanallar, daş lövhələrdən düzəldilmiş pillələr, ağac sütunlar və s... qədimi əşyalar da tapılıb.
http://iqna.ir/fa/news/3688208