IQNA

Tacikistanda 2000 məscidin istifadə təyinatı dəyişdirilib

9:23 - February 07, 2018
Xəbər sayı: 3482743
Dini İşlər Komitəsinin sədri Hüsyen Şukarov cari həftənin birinci günü mətbuat konfransında ölkədə fəaliyyət icazəsi olmayan 2000 məsicidin istifadə təyinatının dəyişidirildiyi barədə xəbər verib.

Tacikistanda 2000 məscidin istifadə təyinatı dəyişdirilibİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tacikistan respublikasının Dini İşlər Komitəsinin sədri Hüsyen Şukarov cari həftənin birinci günü, 5 Fevral 2018- ci il, mətbuat konfransında ölkədə fəaliyyət icazəsi olmayan 2000 məsicidin istifadə təyinatının dəyişidirildiyi barədə xəbər verib.

Tacikistan respublikasının Dini İşlər Komitəsinin sədri Hüsyen Şukarov deyib: Ölkədə iki min qanunsuz məscidin istifadə təyinatı dəyişdirilərək qəhvəxana, çayxana, gözəllik salonu, uşaq bağçası, poliklinka və digər ictimai xidmət sahələri üçün istifadəyə verilib.

Dini İşlər Komitəsinin sədri Hüsyen Şukarov vurğulayıb: Biz bu məscidlərin sahiblərinə vaxtında xəbər vermişdik ki, öz sənədlərini gətirib qeydiyyatdan keçsinlər. Amma onlar bu işi görmədilər və məscidlər də dövlət tərəfindən alınaraq ictimai xidmətlər üçün istifadəyə verilib.

Hüsyen Şukarovun dediyinə görə, hazırda Tacikistanda 3900 məscid dövlət tərəfindən rəsmi icazə ilə fəaliyyət göstərir.

Qeyd edək ki, Tacikistanda məscidi xalq tikir, amma dövlət idarə edir. 2014-cü ildən Tacikistanda məscid mollaları dövlətdən aylıq alırlar. Keçən ay isə dövlət mollalardan tələb edib ki, öz əmlakları barədə hesabat versinlər.

Tacikistanda 1992-ci ildən iş üstünə gələn İmam Əli Rəhmanov çalışır ki, dini və dindarları radikalizm və terrorizmlə əlaqələndirərək 8 milyonluq müsəlman xaqlın dini azadlıqlarını onların əlindən alsın. Bu siyasətlər 2010-cu ildən bəri daha sərt və kəskin şəkildə həyata keçirilir. Bu ölkədə xanımlara və eləcə də 18 yaşından aşağı olan bütün insanlara məscidə getmək qadağandır. Müxtəlif bəhanələrlə dini hüquqlar pozulur. İnsanlara dini görkəm saxlamağa icazə verilmir. Xanımlara dövlət müəssisələrində hicab bağalamaq qadağandır. Həmçinin son zamanlarda Quran tədrisinə və dini maarifin təbliğinə məhdudiyyətlər qoyulub.

http://iqna.ir/fa/news/3689036   

Teqlər: iqna ، tacikistan ، məscid ، dini qrumlar
captcha