IQNA

Moskva universitetində dini simvolların danışması sərbəstdir

10:06 - February 08, 2018
Xəbər sayı: 3482747
Rusiyanın paytaxtı Moskvanın dövlət universiteti tələbələrin üzərlərində dini simvollarını daşımaq haqqını rəsmi olaraq tanıdı.

Moskva universitetində dini simvolların danışması sərbəstdirİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyinin verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskvanın dövlət universiteti tələbələrin üzərlərində dini simvollarını daşımaq haqqını rəsmi olaraq tanıdı.

Bu barədə İQNA- ya İran İslam Respublikasının Rusiyanın paytaxtı Moskvada yerləşən mədəniyyət işləri üzər idarəsi xəbər verib.

İmtahan iclasına buraxılmayan yəhudi tələbənin etirazlarından sonra Rusiyanın paytaxtı Moskvanın dövlət universiteti elan etdi ki, bütün tələbələr dinindən və əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər.

Moskva dövlət universiteti yeni qərara aldığı qanunu elan edərək bildirib ki, bundan sonra bütün tələbələr öz dini simvollarını əks etdirən geyimlərdən istifadə edə bilərlər.

Bu universitetin müəllimi Viçaslav Baburin tələbə qəbulu imtahanları zamanı yəhudilərin dini nişanı olan “kipa” ilə imtahan iclasına girmək istəyən tələbəni imtahana buraxmayıb. Bunun ardınca isə universitetin idarə heyəti belə bir qanunun olmadığını deyərək, elan ediblər ki, hamı öz əqidə simvolunu gəzdirməkdə azaddır.

Moskva universitetinin media işləri üzrə məsulu Nataliya Truşakova bu barədə dedi: Həmin müəllimin hərəkəti universitetdə belə bir qanunun olması mənasına deyil. Rusiyada bütün din və məzhəblərin ardıcılları bütün sahələrdə, o cümlədən təhsil və geyimdə bərabər hüquqlara malikdirlər.

http://iqna.ir/fa/news/3689811

captcha