IQNA

Bağdadın qərbində bomba partladı, 3 nəfər yaralandı

12:04 - February 09, 2018
Xəbər sayı: 3482755
İraqın paytaxtı Bağdadın qərb regionunda partladılan bomba nəticəsində üç nəfər iraqlı vətəndaş yaralanıb.

Bağdadın qərbində bomba partladı, 3 nəfər yaralandıİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadın qərb regionunda partladılan bomba nəticəsində üç nəfər iraqlı vətəndaş yaralanıb.

“Suməriyyə Nyuz” xəbər agentliyinin yayımladığı məlumatda deyilir ki, Bağdad polisinin xəbər mənbələri bu gün baş verən bomba partlayışını təsdiq edərək deyib: Bu bomba Bağdadın qərbində yerləşən Əbu Qərib regionundakı Hüsvə bazarının yaxınlığında partlayıb.

Adının açıqlamasını istəməyən polis xəbər mənbəyi vurğulayıb: İraqın təhlükəsizlik qüvvələri hadisə yerinə gedərək partlayışda yaralananları yaxınlıqdakı xəstəxanaya köçürüblər.

Bu gün baş verən digər silahlı hücumda Bağdanın şimalında yerləşən əş-Şuəb rayonunda bir iraqlı vətəndaş həyatını itirib.

http://iqna.ir/fa/news/3690023

 

Teqlər: iqna ، bağdad ، terror ، partlayış
captcha