IQNA

Almaniyalı xanım hakimlərə hicab qadağan edildi

9:21 - February 28, 2018
Xəbər sayı: 3482842
Almaniyanın Bavariya əyaləti parlamentinin qərara aldığı yeni qanuna görə ümumi prokuror və hakimlərin istintaq və məhkəmə işi zamanı dini baş örtüsü və hicab örtmələri qadağan edilir.

Almaniyalı xanım hakimlərə hicab qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya bürosuna istinadla verdiyi xəbərə görə, Almaniyanın Bavariya əyaləti parlamentinin qərara aldığı yeni qanuna görə ümumi prokuror və hakimlərin istintaq və məhkəmə işi zamanı dini baş örtüsü və hicab örtmələri qadağan edilir.  

Bu yeni qanun cari ilin Aprel ayının ilk günündən icar üçün qüvvəyə minəcəkdir. Bu qanuna əsasən Almaniyanın Bavariya əyalətinin ümumi prokuror və hakimləri iş yerində dini baş örtüsü ilə ola bilməzlər.  

Bundan öncə Almaniyanın Munix əyaləti parlamenti də belə bir qanun qərara alaraq ümumi prokuror və hakimlərə iş yerlərində üzərlərində və geyimlərində dini və ideoloji simvollar daşımağı qadağan etmişdi. Çünki onların dediyinə görə, guya bu cür əlamətləri daşımaq insanlarda ədalətli  qərar verilməsi barədə şək və şübhə oyadırmış.

Almaniyanın “yaşıllar partiyası”nın üzvü bu məsələyə etiraz edərək deyib ki, baş örtüsünü qadağan edənlər “xaç”ın məhkəmə zalında çıxarılmasına nə üçün icazə vermirlər? Halbuki Misbax rayonunda əfqanıstanlı bir miqrantın məhkəməsinə baxılarkən “xaç” asılmışdı.

http://iqna.ir/fa/news/3695077

Teqlər: iqna ، hicab ، almaniya
captcha