İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Almaniyanın “Darul-Quranil-Kərim” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Almaniyada yaşayan mərakeşli bir yeniyetmənin gözəl və yanaqlı səslə Quran tilavəti parçası sosial şəbəkələdə bütün istifadəçiləri təsirləndirmişdir.
Bu Quran tilavəti faylında yazılmışdır: Bu yeniyetmə oğlan Almaniya sakini olan mərakeşli Quran hafizidir. 15 yaşında ikən keçən həftə vəfat etmişdir. Anası bu tilavəti yayaraq insanlardan xahiş etmişdir ki, bu tilavəti sosial şəbəkələrdə çox paylaşsınlar ki, oğlunun qiraətini daha çox insan eşitsin (və rəhmət oxusun).
Sözü gedən Quran tilavəti parçasına mərhum qari Maidə surəsinin 116-dan 120-dək ayələrini tilavət etmişdir.