İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “ən-Nəşrə” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşqin Şərqi-Qutə rayonuna terrorist intiharçının hücumu nəticəsində Suriya ordusunun və müttəfiqlərinin onlarla silahlısı ölmüş və yaralanmışdır.
Bu terror hadisəsi bu gün, həftənin bazar günü, 4 Mart 2018-ci il, səhər saatlarında baş vermişdir.
Digər məlumatlarda isə deyilir ki, Suriya qoşunları silahlı terroristlərlə vuruşduqdan sonra Şərqi- Qutədə Nüşabiyyə, Utaya və Həzərma qəsəbələrinin kontrolunu ələ keçiriblər.
Qeyd edək ki, silahlı terroristlər sivil vətəndaşların Şərqi-Qutədən çıxarılmasına maneə törədir və mülki vətəndaşların çıxarılması üçün TŞ-nın qətnaməsinə əsasən nəzərdə tutulmuş keçidləri əlqumbaraatanları ilə atəşə tuturlar.