İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-bəhreyn əl-yəvm” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyəli şiə aktivisti Əli Casim Nəzət Ali-Səud rejiminin işgəncələri altında həbsdə şəhid oldu.
Xəbər mənbələri həftənin bazar günü, 11 Mart 2018-ci il, Səudiyyə Ərəbistanda zamım rejimə qarşı ictimai fəaliyyətlərdə yaxından iştriak edən şiələrindən biri olan Hacı Əli Casim Nəzətin 61 yaşında Ali-Səud rejiminin zindanlarında işgəncə ilə öldürülməsi barədə məlumat yayıblar.
Bu xəbərə görə, həftənin bazar günü, 11 Mart 2018-ci il, səhər çağı onun ölümü barədə xəbəri ailəsinə çatdırılıb. Amma ölümün səbəbi barədə heç bir izah verilməyib.
Ərəbistanlı aktivistlərin sosial şəbəkələrdə yaydıqları xəbərlərə görə, Ali-Səud rejiminin məmurları Nəzətin ailəsinə onun cənazəsini görməyi və həmçinin media ilə danışmağı qadağan ediblər. Bu faktlar isə onun işgəncə ilə öldürülməsinə dəlildir.
Qeyd edək ki, Ərəbistanın şərqində yerləşən Qətif əyalətinin şiələr yaşayan “Bəhari” qəsəbəsinin sakini Hacı Əli Casim Nəzəti ictimai fəaliyyətlərinə görə, 2017-ci ilin Noyabr ayında həbs etmişdilər.