IQNA

Milyonlarla insan VİLAYƏT şahını ziyarət etdi

17:46 - March 31, 2018
Xəbər sayı: 3482967
İmam Əlinin (ə) mübarək mövlud günündə Nəcəfi-Əşərfin müqəddəs ziyarətgahının bütün səhnə-sərası İraqın daxil və xaricindən Mövla ilə əhdi-peyman təzələməyə gələn ziyarətçilər ilə dolub.

Milyonlarla insan VİLAYƏT şahını ziyarət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 31 mart 2018-ci il (13 Rəcəb), milyonlarla insan, əhli-beyt aşiqləri, vilayət şahı, möminlərin əmiri,  KƏBƏ MÖVLUDU Həzrət İmam Əli ibn Əbi-Talibib (ə) mübarək miladı münasibəti ilə İraqın Nəcəfi-Əşrəf şəhərinə üz tuturaq, mövlanın müqəddəs hərəmini ziyarət ediblər.

İmam Əlinin (ə) mübarək mövlud günündə Nəcəfi-Əşərfin müqəddəs ziyarətgahının bütün səhnə-sərası İraqın daxil və xaricindən Mövla ilə əhdi-peyman təzələməyə gələn ziyarətçilər ilə dolub.

Keçən gecə və bu gün İmam Əlinin (ə) müqəddəs ziyarətgahında əsl bayram ab-havası olub. İraqın bütün qrumları ziyarətçilərə xidmət ediblər. Müqəddəs hərəm güllər və rəngli işıqlar ilə bəzədilib.

http://iqna.ir/fa/news/3702481

حضور ميليوني زائران در نجف به مناسبت میلاد مولود کعبه

Milyonlarla insan VİLAYƏT şahını ziyarət etdi

captcha