İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın "ət-Tüfeylə" şəhərinin Ərəb Ədəbiyyatı Universitetinin təşəbbüsü ilə "Qurani-Kərim yeni ədəbi ecazkarlığı araşdırmaları" toplantısı keçirildi.
Məhəmməd Xeyir Hurani - İordaniyanın "ət-Tüfeylə" şəhərinin Ərəb Ədəbiyyatı universitetinin rəisi, bu toplantının açılışında dedi: Universitetinin ustadları tələbələrin mürşidi, yol göstərəni və fikri rəhbərləridirlər. Ustadlar tələbələri həqiqət yoluna hidayət etməlidirlər. Və bu baxımdan Quran dastanları ibrət güzgüsü, təfəkkür xəzinəsi və nəfslərin möhkəmliyi amilidir.
Üç müddətində keçirilən bu toplantıda "dialoq ədəbiyyatı", "Quran dastanlarında qadın təsviri", "Quran dastanlarında şəxsiyyətin yetişdirilməsi", "Quran dastanlarında məkanlar və məkan simvolları" və "təfsir kitablarında Quran dastanları" kimi mövzular araşdırılıb.
Prof. Taha Qeysi (İraqın universitet müəllimi) bu toplantıdakı çıxışında belə toplantıların araşdırmaçılar, ustad və tələbələr üçün görüş fürsəti yaratdığına işarə edərək dedi: İordaniya universitetləri elmi toplantı və konfransların keçirilməsində faydalı işlər görüblər.
Qeyd edək ki, bu toplantının haşiyəsində alimlər və mütəfəkkirlərin iştirakı ilə dini, siyasi və ictimai mövzularda dəyərmi masalar da keçirilib.