IQNA

Rusiyada Quranın nadir çapları sərgisi

7:55 - April 09, 2018
Xəbər sayı: 3483004
Rusiyanın Perm şəhərində İslam dünyasının İslam mədəniyyətinin 8-ci regional toplantısı Quran yarışları və Qurani-Kərim nadir çap nüsxələri sərgisi ilə keçirilib.

Rusiyada Quranın nadir çapları sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Perm şəhərində İslam dünyasının İslam mədəniyyətinin 8-ci regional toplantısı Quran yarışları və Qurani-Kərim nadir çap nüsxələri sərgisi ilə keçirilib.

İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata görə, bu toplantı Aprel ayının 5-də başlayıb və dünən, 8 Aprel 2018-ci il, öz işini yekunlaşdırıb.

Toplantı müsəlman millətlərin mədəni əlaqələrinin genişləndirilməsi və müxtəlif millətlərin nümayəndələrinin təcrübə təbadülü hədəfi ilə keçirilib.

Bu toplantının haşiyəsində müxtəlif millətlərin İslami və yerli yeməklərinin və geyim dəblərinin sərgisi də baş tutub.

Həmçinin toplantı çərçivəsində Rusiyanın altıncı milli Quran yarışları təşkil edilib və Qurani-Kərim nadir çap nüsxələrini nümayiş olunub.

Toplantıda İslami xalqların tarixi kitablarını və mədəniyyətini araşdıran dəyirmi masa da təşkil edilib.     

http://iqna.ir/fa/news/3703965

Teqlər: quran ، iqna ، rusiya ، sərgi
captcha