IQNA

Tanınmış Yəmənli alim terror edildi

23:30 - April 09, 2018
Xəbər sayı: 3483005
Yəmənin şərqində yerləşən Həzərmut əyalətinin Siyun şəhərində tanınmış adin alimi Şeyx Salamə Kəsiri terror edildi.

Tanınmış Yəmənli alim terror edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 9 Aprel 2018-ci il, Yəmənin şərqində yerləşən Həzərmut əyalətinin Siyun şəhərində tanınmış adin alimi Şeyx Salamə Kəsiri terror edildi.

Yəmənin sufi təriqətinin məşhur alimi Şeyx Əllamə Kəsiri yaşadığı şəhərin bazar yolunda hərəkətdə olarkən naməlum silahlı şəxslət tərəfindən güllələnib.

Qeyd edək ki, Mənsur Hadinin tərəfdarlarının cölvan etdiyi Həzərmut əyalətində təhlükəsizlik tədbirləri zəifdir və bundan öncə də Mart ayının əvvəllərində Yəmənin digər nüfuzlu alimi Şeyx Eydrus ibn Sümyəti də Tərim şəhərində naməlum şəxslər terror etmişdilər.   

http://iqna.ir/fa/news/3704323

Teqlər: iqna ، yəmən ، terror ، sufi alimi
captcha