İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Almaniyanın paytaxtı Berlin şəhərindəki Mədəniyyət Mərkəzinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, hicri-qəməri tarxi ilə 4-cü əsrin tanınmış şiə mühəddislərindən olan İbn Şöbə Hərraninin məşhur "Ağılların töhfəsi" (Töhəful-üqul fima caə minəl-hikəmi vəl-məvaizi min Alir-Rəsul) kitabı İİR-nın Almaniyadakı Mədəniyyət Mərkəzinin təşəbbüs və dəstəyi ilə Alman dilinə tərcümə edilib.
Bu xəbərə əsasən, əslən Hələbdən olan və Hərran şəhərində yaşayan Həsən ibn Əli ibn Hüseyn ibn Şöbə Hərraninin dəyərli hədis kitabı mübarək Ramazan ayında, Qədr gecələri ərəfəsində, Almaniyanın paytaxtı Berlində çap və nəşr ediləcəkdir.
Bu kitab şiələrin qədim dövrdən qalmış ən dəyərli hədis toplularından biridir ki, Peyğəmbərin və Əhli-Beytin (ə) hikmət, moziə və əxlaqi tövsiyələrini ehtiva edir. Bundan əlavə kitaba qədim peyğəmbərlərin və övsiyaların, o cümlədən Həzrət İsanın, Şəmun ibn Lavi Məsihinin və s... moizə və nəsihətləri yer almışdır. Həmçinin İmam Sadiqin (ə) Mömin Taqa vəsiyyətləri ki, "nəsrud-dürər" adlanır, bu kitabda tam şəkildə verilmişdir.
Kitaba əxlaqi moizə və nəsihətlərdən əlavə İmamların (ə) səhabələrinə öyrətdikləri əqidəvi və kəlami məsələlər və səhabələrin kafirləri ilə bəzi elmi söhbətləri də daxildir.
http://iqna.ir/fa/news/3710072