İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə "dünya üçün İslami iqtisadiyyatın zəruriliyi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Dünən, həftənin üçüncü günü, 2 May 2018-ci il tarixində keçirilən konfransda Misrin Vəqflər naziri, Misrin müxtəlif universitetlərinin ustadları, rəisləri və İskəndəriyyə şəhərinin məşhur elmi simaları və iqtisadiyyat üzrə mütəxəssiləri iştirak ediblər.
Misrin İnkəndəriyyə şəhərinin İqtisad Universitetinin rəisi Dr. Seyfi öz çıxışında ənənəvi və İslami bankçılığın iqtisadi layihələrin sərmayəsini təmin etmələrindəki rollarından danışıb və deyib: Bu konfrans təklif edir ki, İslami Maliyyə Müəssisələri ilə iqtisadiyyat sahəsində öncül universitetlər arasında elmi həmkarlıq olsun.
Dr. Seyfi İslami bankçılığın gücləndirilməsinin zəruri olduğunu vurğulayaraq əlavə edib: İslami bankları və maliyyə müəssisələrini dəstəkləmək üçün elm, texnologiya və informasiyaya əsaslanan şirkətlər təsis edilməlidir.
Yoxsulluq və kasıblığın qarşısını almaq üçün İslami iqtisadiyyat vasitələrindən investisiya layihələrinin təmini, itehsal, istehlak və paylaşımda istifadə etməyin zəruriliyi; İslami banklarda İslami maliyyə müqavilələrinin icrası üçün qanunlar və standartların təyin edilməsi və İslami iqtisadiyyatı öyrədən təlim kurslarının davamlı təşkili və s... bu konfransda müzakirə edilən mövzular olub.