IQNA

Beynəlxalq Qurani hifzi akademiyası yaradıldı

8:43 - May 12, 2018
Xəbər sayı: 3483153
Misrli bir cavan beynəlxalq Qurani-Kərim hifzi akademiyası yaradıb ki, ixtisaslaşdırılmış Quran qrupları vasitəsi ilə onunla əlaqə saxlamaq olacaq.

Beynəlxalq Qurani hifzi akademiyası yaradıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "səda əl-bələd" informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrli bir cavan beynəlxalq Qurani-Kərim hifzi akademiyası yaradıb ki, ixtisaslaşdırılmış Quran qrupları vasitəsi ilə onunla əlaqə saxlamaq olacaq.

Bu Misrli cavan beynəlxalq Qurani-Kərim hifzi akademiyasını Facebook sosial şəbəkəsi üzərindən təsis edib.

O bu barədə deyib: Bu addım dünyada elm öyrənmək istəyən hər kəs üçün pulsuzdur və bütün həvəskarlara Qurani-Kərimi öyrənmək və hifz etmək üçün kömək ediləcəkdir.

Əli Zünun adlı bu misrli cavan vurğulayıb: Quranı öyrənməmək üçün heç kimə heç bir bəhanə yoxdur. Və hər kəs öz evində əyləşdiyi halda Qurani-Kərimi öyrənə və əzbərləyə bilər.

O əlavə edib: Qurani-Kərimin hifzi akademiyası 20 İyun 2018-ci il tarixindən öz işinə başlayacaqdır.

Zünun sözlərinə görə, akademiyada qadın və kişilərin özlərinə aid qrupları olacaqdır. Həmçinin Quranın hifzində Həfzin Asimdən nəqli əsasında qiraətdən istifadə ediləcəkdir.

http://iqna.ir/fa/news/3713270

Teqlər: iqna ، quran ، akademiya ، quran hifzi ، facebook
captcha