İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin dördüncü (Cüməaxşamı) günü, ƏB (Ərəb Birliyi) təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Fələstin məsələsi ilə bağlı fövqəladə toplantı keçirəcək.
Ərəb Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Misrin paytaxtı Qahirədə keçiriləcək sabahkı fövqəladə iclasda Fələstində son günlərdə baş verən hadisələri müzakirə edəcəklər.
Səudiyyə Ərəbistanın münafiq və "sionistpərəst" hakimiyyətinin dəvəti ilə keçiriləcək bu iclasda "guya" İsrailin Fələstin xalqına qarşı hücumları, ABŞ-ın öz səfirliyini Tel-Avivdən Qüdsə köçürülməsi və Qəzzə zolağında sionistlər tərəfindən törədilən qətliam müzakirə mövzusu olacaqdır.
Bu məlumata görə, ola bilsin ki, Ərəb Birliyi bu təşkilatın daimi üzvləri səthində bu gün də iclas keçirsinlər.
Qeyd edək ki, keçən günlər ərzində ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq və sionist rejimin qurulmasının (nikbət günü) 70-ci ildönümü münasibəti ilə aksiya keçirən fələstinlilər qətliam edildilər və sionist rejimi İsrailin əsgərləri 62 nəfərdən çox sivil vətəndaşı öldürdülər və 2700 nəfərdən çox insanı yaralayıblar.