IQNA

İraqda xanımların qrup turniri Quran yarışları keçirilir

16:22 - June 01, 2018
Xəbər sayı: 3483251
İraqın Kərbəla şəhərində xanımların Qurani-Kərim yarışlarının qrup turnirinin üçüncü turu müxtəlif əyalətlərdən olan 16 qrupun iştirakı ilə keçirilir.

İraqda xanımların qrup turniri Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində xanımların Qurani-Kərim yarışlarının qrup turnirinin üçüncü turu müxtəlif əyalətlərdən olan 16 qrupun iştirakı ilə keçirilir.

Bu yarışlar mübarək Ramazan ayaının 12-də başlayıb və altı gün davam edəcəkdir. Yarışlarda İraqın Quran müəssisələri, ziyarətgahları, elmi dini hövzələri və altı əlayləti iştirak edir.

Qurani-Kərim yarışlarının qrup turnirini İraqda xanımların "Bəasir" Quran müəssisəsi İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının həmkarlığı ilə təşkil edib.

Bu yarışlarda iştirak edən qruplar Qurani-Kərim təfsiri, təcvidi, hifzi, qiraəti, Quran elmləri, Quran fiqhi və Quranın ümumi maarifi üzrə qərabət aparırlar.

İraqda xanımların "Bəasir" Quran müəssisəsinin məsulu və Quran hafizi Fatimə Mənsuri bu yarışlarının keçirilməsinin xanımların arasında Quran maarifinin yayılmasını və xanımların Quran barədə məlumatlarının çoxalması olduğunu vurğulayaraq dedi: Yarışların yekun mərasimi mübarək Ramazan ayının gecələrində birində keçiriləcək və qalib çıxan qrupa İmam Hüseynini (ə) hərəminin bayrağı hədiyyə ediləcək.    

http://iqna.ir/fa/news/3719482

captcha