IQNA

İmam Hüseyn (ə) hərəmində dini elmlərin virtual tədrisi

12:33 - June 02, 2018
Xəbər sayı: 3483253
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən dini mədrəsələr şöbəsi İslami elmləri virtual tədrisinə başlayır.

İmam Hüseyn (ə) hərəmində dini elmlərin virtual tədrisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən dini mədrəsələr şöbəsi İslami elmləri virtual tədrisinə başlayır.

İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının informasiya portalı bu dərslər üçün qeydiyyatın başlandığını xəbər verib.

Şeyx Əli Qəravi - İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən dini mədrəslər şöbəsinin məsulu, bu xəbəri elan edərək dedi: Bu virtual kurslarda İslami fiqh, əqaid (kəlam), əxlaq, məntiq, Ərəb dili, Quran elmləri və s... hövzəvi dərslər Nəcəf elmi hövzəsinin İmam Hüseyn (ə) mədrəsəsindəki tədirs metodlarına uyğun keçiriləcəkdir.

O əlavə edib: Virtual dərslərdə iştirak edən tələbələr "wevo" proqramı vasitəsi ilə ustadlar ilə birbaşa əlaqə saxlayacaqlar. Dərslər ərəb dilində olduğu üçün bu kurslara dünyanın hər yerindən ərəb dilini bilənlər qatıla biləcəklər.

Qeyd edək ki, virtual hövzə dərsləri mübarək Ramazan ayından sonra, Şəvval ayının 9-da başlayacaqdır. Bu dərslərdə iştirak etmək istəyənlər qarşıdakı linkdən və ya telefon nömərsindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:  https://alhussain-sch.org/registration /   +9647723617952      

http://iqna.ir/fa/news/3718939

captcha