IQNA

İtaliyada "islamofobiya" çoxalıb

13:23 - June 05, 2018
Xəbər sayı: 3483273
"Pew Araşdırma Mərkəzi"nin müxtəlif Avropa ölkələrində qeyri-müsəlmanların müsəlmanların dini etiqadları və ibadi məsələlərinə necə yanaşmaları barədə yayımladığı son hesabatında məlumat verib.

İtaliyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son araşdırmalar göstərir ki, İtaliyada yaşayaşan qeyri-müsəlmanlar digər Avropa ölkələri ilə müqayisədə İslam dini və müsəlmanlara qarşıdırlar.

Bu barədə "Pew Araşdırma Mərkəzi"nin müxtəlif Avropa ölkələrində qeyri-müsəlmanların müsəlmanların dini etiqadları və ibadi məsələlərinə necə yanaşmaları barədə yayımladığı son hesabatında məlumat verib.  

Hesabatda deyilir ki, qərb ölkələrində yaşaynlar arasında İtaliya vətəndaşları müsəlmanlar və İslam dininə qarşı daha çox həssasdırlar və daha çox müxalifət edirlər. İtaliyada yaşayanların çoxu ailələrində bir nəfər müsəlmanın olmasını müsbət qarşılamırlar. Onlar müsəlmanların sayının çoxalmasını özlərinə qarşı təhdid hesab edirlər.

Bu hesabata görə, Avropa ölkələri arasında İtaliyadan sonra ən çox "islamofobiya" və İslam dininin yayılmasına qarşı müxalifət Almaniya, İngiltərə və Avstriya ölkələrindədir.

"Pew Araşdırma Mərkəzi"nin hesabatında bu da vurğulanır ki, Avropa ölkələri arasında "islamofobiya"nın ən az yayıldığı, ölkələrində və ailələrində müsəlmanların olmasına ən az həssasiyyət göstərən ölkələr Hollandiya və Norveçdir.

Son illərinin terror hadisələrindən sonra Avropa medialarının İslam dini və müsəlmanların əleyhinə geniş təbliğat aparmasının nəticəsində ümumi kütlə arasında "islamofobiya" kəskinləşib.

http://iqna.ir/fa/news/3720524  

Teqlər: iqna ، islamofobiya ، avropa ، italiya
captcha