İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bəzi İslami ölkələrin Quran elmləri və təfisr mütəxəssisləri və ruhaniləri mübarək Ramazan ayında İslami həmkarlıq layihəsi çərçivəsində Rusiyada toplanıblar.
Rusiyaya keçirilən "İslami Həmkarlıqlar Layihəsi"nin qonaqları müxtəlif dini proqramlarda iştirak və məcsidlərdə dini çıxışlar etmək üçün həftənin Cüməaxşamı günü Rusiyaya gəliblər.
İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Mərkəzinin bu barədə İQNA-ya verdiyi məlumata görə, İslami ölkələrin ruhaniləri və Quran təfsiri mütəxəssisləri Rusiya Federasiyasının müftilər şurasının dəvəti ilə "İslami Ölkələrin Həmkarlıq Layihəsi"nin icrası yönündə bu ölkəyə əsəf ediblər.
Bu layihənin icrasında Rusiyanın müfitlər şurası ilə Türkiyənin Rusiyadakı səfiri, Türkiyənin İslami İşlər Təşkilatı, Misrin Vəqflər Nazirliyi və Yəmənin Dini İşlər Təşkilatı həmkarlıq edirlər.
Hazırda Yəmən, Misr və Türkiyədən olan 35 ruhani və Quran elmləri mütəxəssisləri Moskvadadırlar. Onlar Başqırdıstan, Nijni-Novqorod, Sartov və Sverdlovsk əyalətlərinin məscidlərini ziyarət ediblər.
Qeyd edək ki, İslami həmkarlıqların genişlənməsi və İslami cəmiyyətlərin əlaqələrinin möhkəmlənməsi istiqamətində həyata keçirilən bu görüşlər mübarək Ramazan ayının sonunadək davam edəcəkdir.