İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransada bir məhkəmənin informasiya qaynağı bildirib ki, cari həftənin Cüməaxşamı günü, 28 İyun 2018-ci il, Fransanın radikal sağçı partiyasının on nəfər islamofob üzvü müsəlmanlar və İslam əleyhinə cəmiyyətdə nifrət və qarşıdurmanı təbliğ etdikləri üçün həbs ediliblər və onların mühakiməsi başlayıb.
Bir qadın və 9 kişidən ibarət olan bu on nəfərlik dəstə bir neçə gün öncə Fransanın təhlükəsizlik qüvvələrinin polisləri tərəfindən həbs edilmişdilər. Bu on nəfərlik dəstənin üzvləri 32 və 69 yaş arasındadırlar və istintaq işləri qurtardıqdan sonra məhkəmələri başlayıb.
Radikal islamofobist olan "Action des Forces opérationnelles" adlı bu dəstə Fransada yaşayan bir neçə camaat imamına, hicablı qadınlara və müsəlmanları dəstəkləyən siyasi şəxslərə hücum etməyi planlaşdırırmışlar.
Bu məsələdən xəbər tutan təhlükəsizlik qüvvələrinin anti-terror əməliyyat qrupu sözügedən on nəfərlik dəstəni zərərsizləşdirir.