İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda yeniyetmələr üçün nəzərdə tutulmuş "Əmirul-Qürra" (qarilərin əmiri) milli Quran qiraəti təlimi layihəsinin icrasına başlanıldı.
İraqın Kərbəla şəhərində yerləşən Həzrət Əbulfəzl Abbasın (ə) müqəddəs hərəminin rəsmi saytı "əl-Kəfil" bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, müqəddəs hərəmin Quran müəssisəsinin müdiri Şeyx Cavad Nəsravi Kərbəlada yeniyetmə qarilərin iştirakı ilə keçirilən "Müqəddəs Müdafiə Fətvaları Festivalı"nın ilk günündə çıxış edərkən yeniyetmələr üçün nəzərdə tutulmuş "Əmirul-Qürra" (qarilərin əmiri) milli Quran qiraəti təlimi layihəsinin icrasına başlanılması barədə xəbər verib.
O deyib ki, sayca dördüncü olan bu layihə yeniyetmələrin, ibditayi sinif və orta məktəb şagirlərinin az bir zamanda və modern sistem əsasında Qurani-Kərimlə tanışlığı və Quran maarifini dərk edən gələcək nəslin tərbiyəsi hədəfi ilə icra edilir. Həmçinin bu layihə çərçivəsində orta məktəb şagirdlərinin yay tətilləri proqramları da səmərərli keçir.
Qeyd edək ki, hazırda Kərbəla şəhərində "Müqəddəs Fətavalar Festivalı"nın ilk günü şer və Quranla üns məclisi ilə yadda qalıb. "ən-Nəsru minkum və ləkum və iləykum və əntum əhluhu" şüarı ilə keçirilən bu festivalda İraqın Quran qariləri, Quran hafizləri, ədəbiyyat və incəsənət adamları və şairləri işitrak ediblər.
http://iqna.ir/fa/news/3726274