İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "Baden-Vürtemberq" əyalətinin məktəblərində tədris edən əfqan əsilli xanım Firiştə Ludin ilk müsəlman qadınıdır ki, 20 il öncə iş yerində hicabdan istifadə qadağası əleyhinə Almaniyanın konstitusiyaya nəzarət ali məhkəməsinə şikayət etdi və hicabla tədris etmək hüququnu qazandı.
Almaniyanın "Baden-Vürtemberq" əyalətinin paytaxtı Ştutqartda yaşayan Firiştə Ludin deyir: Bu hadisənin üzərindən 20 il keçməsinə baxmayaraq Almaniyada insanlar sülh şəraitində və dostcasına yaşaması üçün ciddi bir iş görülməyibdir. 2105-ci ildə Almaniyanın Konstitusiya məhkəməsi müsəlman müəllimələr üçün hicabla tədris etmək qadağasını ləğv etmişdir, amma yenə də müsəlman müəllimələrin iş vəziyyəti ürəkaçan vəziyyətdə deyil. Bu, çox utancverici bir işdir ki, bu gün müsəlman qadının hicabı məsələsi müzakirə edilir.
Ludin bu günlərdə 14 yaşından aşağı qızların dini geyimlə məktəbə gəlməsi məsələsinin müzakirə edilməsinə işarə edərək vurğuladı: İnsanın vətənə və yaşadığı ölkəyə bağlılığı və vəfadarlığı geyimlə, çadır və ya hicabla dəyişmir. Bəzi dövlət məsulları deyirlər ki, hicablı qadınlar dövlət əleyhinə qalxmadıqca, biz onlara qarşı məhdudiyyə tətbiq etməyəcəyik. Halbuki hicab heç vaxt siyasi bəyaniyyə və dövlətə etiraz əlaməti olmayıb.