IQNA

23:43 - July 22, 2018
Xəbər sayı: 3483512
Yəmənin cənubunda yerləşən Ədən şəhərində ölkənin təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Quran hifzi təlim mərkəzinin müdiri Şeyx Məhəmməd Rağib Bazərəni məsciddən çıxarkən terror etdilər.

Ədəndə Quran fəalını terror etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin cənubunda yerləşən Ədən şəhərində ölkənin təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Quran hifzi təlim mərkəzinin idarə müdiri Şeyx Məhəmməd Rağib Bazərəni məsciddən çıxarkən terror etdilər.

Yəmənin cənubunda yerləşən Ədən şəhərinin "Müəlla" rayonu ərazisindəki "Abdullah İzam məscidi"nin xətibi və camaat imamı Şeyx Məhəmməd Rağib Mazərə dünən, həftənin Şənbə günü, 21 İyul 2018-ci il, məsciddən çıxarkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Maşında olan anonim hücumçular alimin başından güllə ilə vurublar. Başından dörd güllə yarası alan alim hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, terrorçular cammat imamını vurandan sonra qaçıblar. İndiyədək heç bir terror qruplaşması hadəsinin məsuliyyətinin öz üzərinə götürməyib və polis da bu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2015-ci ilin ikinci yarısından indiyədək Yəmənin Ədən əyalətində otuz altı nəfər camaat imamı terrora məruz qalıb.    

http://iqna.ir/fa/news/3732213

Teqlər: yəmən ، iqna ، ədən
Ad:
E-poçt:
* Comment:
* captcha: