IQNA

11:36 - July 23, 2018
Xəbər sayı: 3483515

Bəhreyn vətəndaşları Şeyx İsa Qasimə həmrəylik aksiyası keçirib

Bəhreyn vətəndaşları bir daha bu ölkənin mübariz ruhanisi Şeyx İsa Qasimə həmrəylik aksiyası keçiriblər.

Bəhreyn vətəndaşları Şeyx İsa Qasimə həmrəylik aksiyası keçirib
IQNA, Sahartv-yi istinadla xəbər verir ki, Bəhreynın məşhur şiə lideri Şeyx İsa Qasim Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri tərəfindən yaşadığı evdə iki il mühasirədə qaldıqdan sonra, 9 iyulda müalicə olunmaq üçün Londona səfər etdi və dərhal müalicə olunmağa başladı. 

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif bölgələrinin sakinləri Şeyx İsa Qasimə dəstək üzrə Ali-Xəlifə rejimi və himayədarlarına qarşı şüarlar səsləndiriblər. 

Bəhreynli etirazçılar bu ölkənin bütün siyasi məhbuslarının azad edilməsini vurğulayaraq qanuni tələblərinə çatana qədər ictimai hərəkatların davam etdirilməsini qeyd ediblər. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir.
 
Ali-Xəlifə rejimi bu ölkə vətəndaşlarını repressiya etmək üçün çoxlu sayda müxalifət liderini saxlayıb, onlara qarşı saxta ittihamlar irəli sürərək vətəndaşlığını ləğv və ya uzun müddətə azadlıqdan məhrum edib. 
 
captcha