IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ətaullah Xugyani xatırladıb: Bu hücumda 15 nəfər də yaralanıb və xəstəxanaya köçürülüb.
Ötən gün iki naməlum şəxs Əfqanıstanın şərqində Nəngərhar vilayətinin Miqrasiya idarəsinin binasına hücum ediblər. 5 saat qarşıdurmadan sonra naməlum şəxslər öldürülüblər.
Hələlik heç bir qrup bu terror aktının məsuliyyətini üzərinə götürməyib.
Əfqanıstanın müxtəlif bölgələri son aylarda terror aktlarının artmasının şahidi olmuşdur.
Əfqanıstanda destabilliyin artması ölkə vətəndaşlarının narazılığına səbəb olub.
İŞİD terror qruplaşması, həmçinin Taliban qrupu indiyədək Əfqanıstanın müxtəlif bölgələrində bir çox terror aktının məsuliyyətini öz üzərinə götürmüşlər.
Əfqanıstnada terror qruplarının fəaliyyətləri və destabilliyin artması ilə yanaşı qeyd edək ki, ABŞ və müttəfiqləri 2001-ci ildən terrorizmlə mübarizə və Əfqanıstanda təhlükəsizliyi təmin etmək bəhanəsi ilə bu ölkədə iştiraka malikdirlər.
Amerikalı hərbçilərin Əfqanıstandakı iştirakı destabillik, terrorizm və narkotik maddələrin istehsalının artması ilə nəticələnib.