IQNA

Çində müsəlman ölülərinin qəbirləri dağıdıldı

7:10 - August 05, 2018
Xəbər sayı: 3483595
Çinin şərqində yerləşən Ciyangşi əyalətinin yerli məmurları "ölülərin dəfn olunmasının qadağan edilməsi" bəhanəsi ilə müsəlman ölülələrinin qəbirlərini dağıdıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin şərqində yerləşən Ciyangşi əyalətinin yerli məmurları "ölülərin dəfn olunmasının qadağan edilməsi" bəhanəsi ilə müsəlman ölülələrinin qəbirlərini dağıdıblar.

Sosial şəbəkələrdə yayılan videogörüntüdə göstərilir ki, Çinin şərqində yerləşən Ciyangşi əyalətinin yerli məmurları müsəlmanların ölülələrinin cəsədlərini yandırmaq yerinə dəfn etmələrinə etiraz və bunun qanunsuz olduğu bəhanəsi ilə müsəlman qəbiristanlığına hücum edərək onların ölülələrinin qəbirlərini dağıdıblar.

Çinli məmurlar bunu müsəlmanların və ölənlərin qohumlarının gözü önündə və onların etiraz və fəryadlarına etina etmədən ediblər.

Xəbər qaynaqlarının məlumatına görə, Çin dövləti ölənlərin torpaqda dəfn edilməsini qadağan və yandırılmasına əmr etmişdir.

Bu fərman kənd ərazilərində əkinə yararlı yerlərin zəbt edilməməsi bəhanəsi ilə daha şiddətlə yerinə yetirilir.     

http://iqna.ir/fa/news/3735829

captcha