IQNA

İsveçdə "Qərb və İslami yaşam tərzi" konfransı keçiriləcək

10:47 - August 06, 2018
Xəbər sayı: 3483606
Müxtəlif dini proqramları ehtiva edəcək bu konfransa İsveçin paytaxtı Stokholmda yerləşən "İmam Əli (ə) İslam Mərkəzi" evsahibliyi edir.

İsveçdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Sentyabr ayının birində İsveçin paytaxtı Stokholmun İslam Mərkəzində "Qərb və İslami yaşam tərzi" adlı konfrans keçiriləcək.

Müxtəlif dini proqramları ehtiva edəcək bu konfransa İsveçin paytaxtı Stokholmda yerləşən "İmam Əli (ə) İslam Mərkəzi" evsahibliyi edir.

Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin toplantı zalında keçiriləcək bu konfrans yerli vaxtla saat 11:00-dan 16:00-dək keçiriləcəkdir.

Qeyd edək ki, "İmam Əli (ə) İslam Mərkəzi" xalq tərəfindən idarə olunan müstəqil dini mərkəzdir. Bu mərkəz müsəlmanlar tərəfindən 1996-cı ildə təsis edilmişdir. Heç bir dövlətə və qruma bağlı olmayan bu mərkəz İsveç dövlət qanunlarına tabedir və mərkəzin daxili işləri İslam qanunları əsasında idarə edilir.

http://iqna.ir/fa/news/3735870

برگزاری کنفرانس «غرب و شیوه زندگی اسلامی» در سوئد

captcha