IQNA

Fələstinli biznesmen Rumuniyada dörd məscid tikdi

19:21 - August 08, 2018
Xəbər sayı: 3483620
Rumuniyada yaşayan Fələstinli biznesmen Məhəmməd Əyyaş bu ölkənin müsəlmanlar yaşayan müxtəlif regionlarında dörd məscid tikdirmişdir.

Fələstinli biznesmen Rumuniyada dörd məscid tikdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rumuniyada yaşayan Fələstinli biznesmen Məhəmməd Əyyaş bu ölkənin müsəlmanlar yaşayan müxtəlif regionlarında dörd məscid tikdirmişdir.

Məhəmməd Əyyaş (Fələstin Muxtar Təşkilatının Avropada yaşayan müsəlman azlıqların işi üzrə nümayəndəsi, Fələstin Milli Şurasının üzvü, iş adamı və biznesmen) Rumuniyada tikdirdiyi bu məscidlərin üçü Türk və Ərəb müsəlmanların sıx yaşadığı Qara Dəniz sahillərində yerləşir.

Öz adını daşıyan dördüncü məscid isə Rumuniyanın paytaxtı Buxarestdə yerləşir. Bu məscid paytaxtda olan müsəlman ölkələrin səfirlik işçiləri və müsəlman ölkələrin tələbələri üçün nəzərdə tutulmuşdur.

Məhəmməd Əyyaş məscidləri tikdirməsinin məqsədi barədə açıqlama verərkən deyib: Hədəfimiz mötədil İslamın yayılması, müsəlman azlıqların öz ibadət ocaqlarında azad ibadət etməsi və dinin əsaslarını öyrənməsidir.

Qeyd edək ki, Məhəmməd Əyyaş işğalçı sionist rejimi tərəfindən yaralanaraq əsir götürüldükdən sonra, 1971-ci ildə əsirlikdən azad edilərək ölkədən sürgün olunub.

http://iqna.ir/fa/news/3736617

Teqlər: iqna ، fələstin ، məscid ، rumuniya
captcha