IQNA

UNİCEF TŞ-a səsləndi:

Yəməndə uşaq qətliamını dayandırın!

13:35 - August 10, 2018
Xəbər sayı: 3483633
UNICEF Sədə şəhərində məktəbli uşaqların avtobusunun hücuma məruz qalmasını təcavüzkarların zəifliyi hesab edib və təcavüzkar koalisiya ölkələrində istəyib ki, uşaqların öldürülməsinə son qoysunlar.

Yəməndə uşaq qətliamını dayandırın!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Uşaq Fondu məktəbli uşaqları daşıyan avtobusun Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən vurulmasını dəhşətli cinayət adlandırıb və Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə Yəməndə uşaqların qətliam edilməsi bağlı xəbərdarlıq edib: "Yəməndə uşaqların qətliam edilməsini dayandırın".

Henritta Fur – BMT uşaq fondunun icraçı müdiri, bəyaniyyə yayaraq Yəmənin Sədə şəhərində məktəbli uşaqların avtobusunun hücuma məruz qalmasını təcavüzkarların zəifliyi hesab edib və təcavüzkar koalisiya ölkələrində istəyib ki, uşaqların öldürülməsinə son qoysunlar.

Bəyaniyyədə deyilir ki, təcavüzkar koalisiyanın 2015-ci ildə başlatdığı müharibədə 2400 uşaq öldürülüb və 3600 uşaq yaralanmışdır. Bundan əlavə uşaq xəstəxanaları, məktəblər dağıdılmış və digər əsas infrastrukturlar sıradan çıxarılmışdır.

http://iqna.ir/fa/news/3737309

Teqlər: iqna ، bmt-nin uşaq fondu ، ، unİcef ، yəmən
captcha