İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə İslami memarlıq metodları əsasında 2000 məscidin tikilməsi və yenidən təmiri layihəsinin icrasına başlanılıb.
Bu barədə Misrin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə məlumat verib. Məlumatda deyilir ki, Vəqflər Nazirliyi ölkədə Quran fəaliyyətləri ilə məşğul olan dini tikililərin İslami memarlıq əsasında tikilməsi məsələsinə nəzarət edəcəkdir.
Həmçinin Misrin Vəqflər Nazirliyi bildirib ki, nazirlik xalqın maddi dəstəyi ilə İslami memarlıq əsasında tikilən məscidlərə heç bir məhdudiyyət yaratmır.
Misrin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə deyib: İndiyədək nazirlik tərəfindən ölkədə 1400 məscid tikilmiş və ya yenidən təmir edilmişdir. Hazırda da dörd illik layihə ilə İslami memarlıq metodları əsasında 2000 məscidin tikintisinə başlamışdır.