İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya federal respublikasının daxili işlər nazirliyi 2018-ci ilin birinci yarısında müsəlmanlara və məscidlərə edilən "islamofob" hücumlarının sayının gözəçarpacaq dərəcədə azaldığını elan etdi.
Nazirliyinin məlumatdında deyilir ki, cari ildə "islamofob" zəmində qeydə alınan hücumların sayı 320 olmuşdur ki, bu ədəd 2017-ci ilin birinci yarısında baş verən "islamofob" hücumların sayı ilə müqayisədə çox azdır.
Qeyd edə ki, 2017-ci ilin birinci yarısında Almaniyada "islamofob" zəmində baş verən hücumların və cinayətlərin sayı 500 olmuşdur.
İran İslam Respublikasının Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumatda isə deyilir ki, bu il "islamofob" zəmində baş verən cinayətlərin sayı az olsa da zərəri keçən ildəkindən daha çox olmuşdur. Almaniyanın daxili işlər nazirliyinin verdiyi hesabata görə, cari ilin birinci yarısında "islamofob" zəmində törədilən cinayətlərdə 25 nəfər müsəlman yaralanmışdır. 2017-ci ildə isə bu rəqəm 18 olmuşdur. Həmçinin cari ilin birinci 3 ayında 196 və ikinci 3 ayında isə səkkizi məscidə hücum olmaqla 124 cinayət qeydə alınmışdır ki, bu da "islamofob" hücumların ikinci üç ayda daha çox azaldığını göstərir.
Bu hücumlarda müsəlmanlar təhdid edilib, onların canına, malına, şəxsiyyətinə və ictimai təhlükəsizliyinə müxtəlif dərəcəli zərərlər dəyib.
http://iqna.ir/fa/news/3742223