IQNA

BƏƏ-də qadınlar arasında Quran yarışları keçiriləcək

7:32 - September 09, 2018
Xəbər sayı: 3483817
BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) xanımlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının 3-cü turu cari ilin (2018) Noyabr ayının 4-dən 16-dək keçiriləcəkdir.

BƏƏ-də qadınlar arasında Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) xanımlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının 3-cü turu cari ilin (2018) Noyabr ayının 4-dən 16-dək keçiriləcəkdir.

İran İslam Respublikasının “Vəqflər İdarəsinin Quran fəaliyyətləri üzrə mərkəzi və qarilərin dəvəti və ezamı komitəsi”nin elan edib ki, bu yarışlara İrandan yeniyetmə Quran hafizi xanım Zəhra Xəlili Simrin ezam olunacaqdır. Xanım Zəhra Xəlilinin 13 yaşı var, yarışlarda onu anası müşayət edəcəkdir.  

Xanımlar arasında “Fatimə bin Mübarək” adına keçirilən Quran hifzi yarışlarında dünyanın bütün ölkələrində müsəlman xanımlar iştirak edə bilərlər.

Qeyd edək ki, keçən il bu yarışlarda İran İslam Respublikasından 10 yaşlı Quran hafizi xanım Zəhra Saadat Hüseyni iştirak etmişdi.

http://iqna.ir/fa/news/3744949   

captcha