IQNA

7:31 - September 19, 2018
Xəbər sayı: 3483895
Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən “Əliəkbər (ə) batalyonu” İraqın xalq könüllüləri (əl-həşd əş-şəəbi) batalyonlarından biridir.   

İraqın silahlı qüvvələri hərəmdə əzadarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-ətəbətul-hüseyniyyə” informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın silahlı qüvvələrinin əsgərləri və “İraq xalq könüllüləri” Kərbəlada İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) müqəddəs hərəmlərini ziyarət ediblər.

Dünən, həftənin ikinci günü, 18 Sentyabr 2018-ci il, Kərbəla şəhidlərinin hərəmlərini ziyarət edən silahlı qoşunların əsgələri, “İraq xalq könüllüləri” və İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Əliəkbər (ə) batalyonu”nun şəxsi heyəti əzadarlıq ediblər.

Qeyd edək ki, İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Əliəkbər (ə) batalyonu” İraqın xalq könüllüləri (əl-həşd əş-şəəbi) batalyonlarından biridir.   

http://iqna.ir/fa/news/3748294  

Ad:
E-poçt:
* Comment:
* captcha: