IQNA

Xorvatiyanın 25-ci Quran yarışları başladı

23:17 - September 28, 2018
Xəbər sayı: 3483968
Xorvatiyanın 25-ci Qurani-Kərimin hifzi və tilavəti yarışları dünyanın 42 ölkəsindən 75 nəfərin iştirakı ilə başladı.

Xorvatiyanın 25-ci Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Xorvatiyanın 25-ci Qurani-Kərimin hifzi və tilavəti yarışları dünyanın 42 ölkəsindən 75 nəfərin iştirakı ilə başladı.

Dünən, həftənin Cüməaxşamı günü, 27 Sentyabr 2018-ci il, Zaqrebin İslam mərkəzində başlayan yarışların açılış mərasimində ölkənin siyasi, ictimai və dini şəxsiyyətləri iştirak ediblər.

Zareb şəhərinin mütfisi Əziz Həsənoviç deyib ki, Xorvatiya Qurani-Kərim yarışlar qeyri-müsəlman ölkədə keçirilən ilk Quran yarışıdır.

O əlavə etdi: İnsanların bir-birinin yanında dostluq və sülhlə yaşaması İlahi və Qurani dəyərlərə söykənir. Xorvatiya müsəlmanları ilə birlikdə yaşamaq gözəldir.

Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən bu yarışlarda İran İslam Respublikasını Kazim Azərpira (qiraət) və Məhəmməd Rəsul Təkbiri (hifz) təmsil edirlər.

Xorvatiyanın 25-ci Qurani-Kərimin hifzi və tilavəti yarışları gələn həftənin Cüməaxşamı gününədək davam edəcəkdir.   

http://iqna.ir/fa/news/3750849  

captcha