IQNA

"Məzar-Şərif" Şri-Lankaya getdi

7:46 - October 03, 2018
Xəbər sayı: 3483995
İran İslam Respublikasının istehsalı olan "Məzar-Şərif" filmi İİR-nın Şri-Lankadakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə bu ölkənin kino klublarında ekran edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının istehsalı olan "Məzar-Şərif" filmi İİR-nın Şri-Lankadakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə bu ölkənin kino klublarında ekran edildi.

İran istehsalı olan bu filmin senari müəllifi və rejissoru Əbdülhüseyn Bərzidə, quruluşçu rejissoru Mənuçehr Şahsəvaridir.

İngiliscə altı yazı ilə tərcümə edilən "Məzar-Şərif" filmi Şri-Lankanın milli kino şirkətinin sinemasında nümayiş olunub.

Kinoda Əfqanıstanın Məzar-Şəfir şəhərinin İran konsulluğununda işləyən iranlı bir diplomatın həyat dastanından danışılır.

Dastanın əsas mövzusu Taliban terrorçularının Məzar-Şərifdə İran konsulluğuna hücum etməsi və nəticədə 10 nəfərin şəhid olması hadisəsidir.

Qeyd edək ki, kinonun ekranından öncə tamaşaçılara İranda yaşayan xalqların adət-ənənələri və yemək növləri barədə sənədli film göstərilib.    

http://iqna.ir/fa/news/3752026

Teqlər: iqna ، məzar-şərif ، şri-lanka ، iran ، kino
captcha