İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın yeni prezidenti milliyyətcə Kürd olan Bərhəm Əhməd Saleh və baş naziri Adil Əbdülmehdi Müntəfiki seçildi.
İraqın yeni prezidenti Bərhəm Əhməd Saleh ölkənin baş naziri Adil Əbdülmehdiyə yeni nazirlər kabinetinin təşkil edilməsi barədə göstəriş verdi.
İraq konstutsiyasına əsasən, Adil Əbdülmehdi Müntəfikinin nazirlər kabinetinin təşkili və parlamentə təqdim etməsi üçün 30 gün vaxtı vardır.
Qeyd edək ki, yeni baş nazir Adil Əbdülmehdi Müntəfiki 1942-ci ildə Bağdadda anadan olub. Onun atası müasir İraqın ilk şahı 1-ci Məlik Feysəlin dövlətində (1920-ci illər) nazir işləyib və bir müddətdə "əyanlar məclisi"nin üzvü olub. Adil Müntəfiki 1963-cü ildə Bağdad universitetini İqtisadiyyat ixtisası üzrə başa vurub. 1970-ci ildə Parisdə Siyasi elmlər institutunun "beynəlxalq idarəçilik fakültəsi"ni bitirib. 1972-ci ildə Fransanın "Poitiers" universitetindən "Siyasi iqtisadiyyat" diplomunu alıb.
Şiə məzhəbindən olan bu siyasətçi və iqtisadçı baş nazir Ərəb dilindən əlavə İngilis və Fransız dillərini də kamil bilir. O həm də bir müddət Fransanın İslami Tədqiqatlar Müəsisəsinin də rəsisi olmuş və bəzi Ərəb və Fransız dilli jurnalların baş redaktoru işləmişdir.