IQNA

Almaniya rəsmisi "Qırx Hüseyni (ə) miniatür"ə görə təşəkkür etdi

8:13 - October 09, 2018
Xəbər sayı: 3484020
Almaniyanın Media və Mədəniyyət Nazirinin böyük məsləhətçisi Kristian (Christian) Groni ona hədiyyə edilən "Eşqin Şəhidi" əsərinə görə təşəkkür etdi.

Almaniya rəsmisi İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Media və Mədəniyyət Nazirinin böyük məsləhətçisi Kristian (Christian) Groni ona hədiyyə edilən "Eşqin Şəhidi" əsərinə görə təşəkkür etdi.

"Eşqin şəhidi" əsəri İmam Hüseyn (ə) və Kərbəla şəhidləri barəsində qırx miniatür məcmuəsidir ki, Aşur qiyamını rəvayət edir.

Bu məcmuə Höccətul-İslam vəl-müslimin Seyid Cavad Şəhristaninin rəhbərlik etdiyi "Alul-Beyt (ə)" nəşriyyatının Almaniya şöbəsi tərəfindən çap və nəşr edilmişdir.

Almaniyanın Media və Mədəniyyət Nazirinin böyük məsləhətçisi Kristian (Christian) Groni İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri Mərkəzinə məktub yollayaraq hədiyyəyə görə öz minnətdarlığını bildirmişdir.

Həmin məktubda yazılır: "(İmam) Hüseynin (ə) inqilabı barədə yazılmış "Eşqin şəhidi" albomunu bizə hədiyyə etdiyiniz üçün sizə təşəkkür edirik. Bu miniatürlər çox maraqlı incəsənət əsəridir ki, bizi sizin dini inanclarınız və tarixiniz barədə dərin düşünməyə vadar edir".

Qeyd edək ki, əsərin yaradıcısı Şah Məhmud Məhəmməd Canif bu əsəri "Məqtəlul-Hüseyn (ə)" kitabı əsasında 40 miniatür məclis təsvirə çəkmişdir. Bu məclislər Müaviyənin Yezidi xəlifəliyə təklif etməsi məclisi ilə başlayır və əsirlərin Şamdan Mədinəyə qayıtması ilə baş çatır. Bu əsər İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2001-ci ildə çap və nəşr edilmişdir.    

http://iqna.ir/fa/news/3753831

captcha