IQNA

Filipində İranın ev sahibliyi ilə dinlərin toplantısı

11:36 - October 28, 2018
Xəbər sayı: 3484092
Filipində İranın mədəniyyət mərkəzinin təşkil etdiyi dinlər və məzhəblərin toplantısı keçirilib.

İkna Filipindən xəbər verir: Cümə axşamı Filipində İran mədəniyyət mərkəzində dinlər və məzhəblərin iclası keçirilib. İclasda Pap Fransisin Manildəki səfiri Qabriel Qaça, İranın Filipindəki səfiri Məhəmməd Tənhayi, Papi universiteti, Filipin məsihi universiteti, Filiöin dövlət universiteti, Filipin oskoflar konfransı təşkilatı, Filipin müsəlman imamlar şurası, Budailər və din və məzhəb nümayəndələri iştirak edib.

Həzrət Məryəmin (s) müqəddəsliyi haqda ayələri gözəl münasibət

İclas Ali-İmran surəsinin 42-45-ci ayələrinin tilavəti ilə başladı. Ayələrdə əsas bəhs Həzrət Məryəm idi. Ayələri Filipinin qəlbinur qarisi Şəhvey Arampuni oxudu Quran oxunuşundan sonra əskəriyyəti məsihi olan iştirakçılar üçün ayələrin ingiliscə tərcüməsi oxundu. Ayələr hamısının diqqətini cəlb etdi.

Vatikanın səfiri çıxışında dedi: Gördüyünüz kimi bu gün iclas Quran ayələri ilə başladı və bu ayələrdə İsa Məsihin anası Həzrət Məryəm böyük müqəddəslik və ehtiramla yad edildi. Amma təəssüflər olsun ki, iki din arasında bu qədər müştərək cəhətlər olmasına baxmayaraq, düşmənlər daim İslam və Məsihilik arasında ixtilaf yaratmağa çalışıblar.

http://iqna.ir/fa/news/3759270

Filipində İranın ev sahibliyi ilə dinlərin toplantısı

Filipində İranın ev sahibliyi ilə dinlərin toplantısı

Filipində İranın ev sahibliyi ilə dinlərin toplantısı

 

captcha