IQNA

Qum Dini Elmi Hövzəsinin 5-ci kitab sərgisi başladı

9:28 - December 17, 2018
Xəbər sayı: 3484363
İran İslam Respublikasının Qum şəhərində İran Dini Elmi Hövzələrinin araşdırma və tədqiqat mərkəzləri tərəfindən çap və nəşr edilən kitablar sərgisi öz işinə başlayıb.

Qum Dini Elmi Hövzəsinin 5-ci kitab sərgisi başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qum şəhərində İran Dini Elmi Hövzələrinin araşdırma və tədqiqat mərkəzləri tərəfindən çap və nəşr edilən kitablar sərgisi öz işinə başlayıb.

Dünən axşam (16 Dekabr 2018-ci il) öz işinə başlayan bu sərgi "elmi araşdırma və tədqiqat həftəsi" münasibəti ilə keçirilir.

İran İslam Respublikasının Dini Elmi Hövzələri rəisinin araşdırma üzrə müavini Höccətul-İslam vəl-müslimin Seyid Hüseyn Mirmüizzi həftənin araşdırma və tədqiqat həftəsi adlandırılması, araşdırma və tədqiqatın zərurətinə işarə edərək deyib: "Elmi araşdırma və tədqiqat həftəsi"ndə elmi araşdırmalar zəminində bir çox proqramlar icra ediləcəkdir. Kitab sərgisi də həmin proqramlardan biridir.

Qum şəhərinin Müsəlla meydanında Cümə namazı müsəllasında keçirilən bu sərgidə İran İslam Respublikasının 60 elmi mərkəzi iştirak edir.

İslami və humanitar elmi araşdırmaların nailiyyətlərinin nümayiş olunduğu bu sərgidə bütün elmi mərkəzlər iştirak edir. Humanitar elmi araşdırmaların 18 ixtisası üzrə 3 min adda kitab sərgiyə çıxarılıb.

Qeyd edək ki, bu sərgi dünən axşam, həftənin bazar günü, 16 Dekabr 2018-ci il, başlayıb. Qum şəhərinin Cümə namazı müsəllasında hər gün saat 9:00-dan 19:00-dək keçirilən sərgi 5 gün davam edəcək.  

http://iqna.ir/fa/news/3773035  

 

captcha