IQNA

Ayətullah Seyid Mahmud Şahrudi vəfat etdi

0:46 - December 25, 2018
Xəbər sayı: 3484417
"İslami Quruluşun Məsləhət Şurası"nın rəisi Ayətullah Seyyid Məhmud Haşimi Şahrudi bir müddət xəstə yatdıqdan sonra, bu gün səhər saatlarında, 24 Dekabr 2018-ci il, 70 yaşında ikən vəfat etdi.

Ayətullah Seyid Mahmud Şahrudi vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının keçmiş ali məhkəməsi və "İslami Quruluşun Məsləhət Şurası"nın rəisi Ayətullah Seyyid Məhmud Haşimi Şahrudi bir müddət xəstə yatdıqdan sonra, dünən axşam saatlarında, 24 Dekabr 2018-ci il, 70 yaşında ikən vəfat etdi.

O, hicri-şəmsi tarixi ilə 1327-ci ildə Nəfəc şəhərində İmam Hüseynin (ə) nəslindən olan bir ailədə anadan olmuşdu. Atası Ayətullah Seyyid Əli Hüseyni Şahrudi mərhum Ayətullah Xoinin tələbələrindən olub.

Ayətullah Seyyid Məhmud Haşimi Şahrudi müasir şiə mütəfəkkiri Ayətullah Şəhid Seyid Məhəmməd Baqir Sədrin, Ayətullah İmam Xomeyninin və Ayətullah Xoinin tələbələrindən olub.

Ayətullah Seyyid Məhmud Haşimi Şahrudi bərəkətli ömür yolunda tələbələr yetişdirib, mədəni və ictimai işlərdə fəaliyyət göstərib və həmçinin İran İslam Respublikasının Ali Məhkəməsi və İslami Quruluşun Məsləhət Şurasının sədri vəfizələrində çalışıb.

Onun 30-dan çox dini elmi əsərləri vardır. O cülmlədən Xüms kitabı, 7 cildlik Usul kitabı, İslam hökuməti, İslami dünya görüşü, Nəhcül-Bəlağənin mövzu əsasında təfsiri, İmam Hüseynin (ə) inqilabı, Fiqh risaləsi.        

http://iqna.ir/fa/news/3734565

 

Teqlər: ayətullah ، Şahrudi ، vəfat ، iqna
captcha