IQNA

İraq İŞİD mövqelərinə hava hücumu etdi

21:58 - December 29, 2018
Xəbər sayı: 3484437
İraqın Silahlı Qoşunlarının mətbuat şöbəsinin verdiyi məlumata əsasən, hərbi hava qüvvələri İŞİD terrorçularının Suriya sərhədlərindəki mövqelərini, gizli qərargahlarını və silah-sursat anbarlarını bombalayıb.

İraq İŞİD mövqelərinə hava hücumu etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Şənbə günü, 29 Dekabr 2018-ci il, İraqın Silahlı Qoşunlarının hərbi hava qüvvələri əl-Ənbar əyalətinin qərbində yerləşən İŞİD mövqelərinə hava hücumu etdi.  

İraqın Silahlı Qoşunlarının mətbuat şöbəsinin verdiyi məlumata əsasən, hərbi hava qüvvələri İŞİD terrorçularının Suriya sərhədlərindəki mövqelərini, gizli qərargahlarını və silah-sursat anbarlarını bombalayıb.

Təhlükəsizlik qüvvələrinin İŞİD-in sərhəddəki mövqeləri barədə əldə etdiyi məlumatda dərhal sonra edilən hava hücumu nəticəsində terrorçular canlı tələfat da verdib.   

http://iqna.ir/fa/news/3776700

Teqlər: iqna ، İŞİd ، suriya ، İraq
captcha