IQNA

0:36 - January 02, 2019
Xəbər sayı: 3484459
O, 1965-ci ildə Əlcəzayirə səfər edir. Həmin səfərdə gözəl tilavətlər icra edir. Səfər çərçivəsində onu bir məscidin açılışına dəvət edirlər və o, açılış mərasiminə gedərkən yolda qəzaya uğrayır.

Misrli qari Mahmud Əhməd Əbdülhəkəm kimdir?İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya şöhrətli Misrli qari Mahmud Əhməd Əbdülhəkəm 1923-cü ildə Misrdə anadan olmuşdur.

Hələ kiçik yaşlarında ikən Qurani-Kərimi hifz edən Mahmud 10 yaşında ikən Qurani-Kərimin qiraətini Həfsin Asimdən və Vərşin rəvayətləri əsasında öyrəndi.

O, məşhur Quran qariləri Əli Mahmud, Məhəmməd Rüfət və Əbdülfəttah Şüəşayidən təqlid edərək qiraətini mükəmməlləşdirib. Eyni zamanda Əl-Əhmədi mədrəsəsinə gedərək məşhur qarilərin, o cümlədən Mahmud Əl-Bənna, Mahmud Xəlil Hüsəri və Mustafa İsmayilin qiraət metodlarını öyrənir.

Mədrəsələrdə ibtidai təhsilini başa vuran Mahmud Əbdülhəkəm əl-Əzhər İslam Mərkəzində Quran Elmləri üzrə təhsilini davam etdirir.

O, Quran sahəsində səmərəli fəaliyyətlərlə məşğul olur və Əli Mahmud və Məhəmməd Seyfi ilə birlikdə Misr Qariləri Birliyini yaradırlar.

Bundan əlavə Misrin Qarilər Təşkilatında üzv olub. Həmin təşkilatda Misrin dövlət nümayəndələri, əl-Əzhərin ustadları, Vəfqlər Nazirliyinin nümayəndələri, Misrin Quran Radisonun fəalları, Həccac Süveysi, Məhmud Əli Bənna və Təblavi kimi məşhur qarilər də üzv idilər.  

Mahmud Əhməd Əbdülhəkəm bu təşkilatda bir çox işlər gördü, təşkilatın güclənməsi və inkişafında təsirli rol ifa etdi.

O, 1965-ci ildə Əlcəzayirə səfər edir. Həmin səfərdə bir çox şəhərlərdə gözəl qiraət və tilavətlər icra edir. Səfər çərçivəsində onu bir məscidin açılışına dəvət edirlər və o, açılış mərasiminə gedərkən yolda maşın qəzaya uğrayır. Hadisə zamanı yaralanan qari bir ay xəstəxanada müalicə alıdıqdan sonra Misrə qayıdır və müalicəsini vətəndə davam etdirir. Sağaldıqdan sonra qohumları ona deyirlər ki, qəzaya düşən maşından ondan başqa heç kim sağ çıxmayıb. O, hər dəfə bu hadəsini xatırlayanda Allaha şükr səcdəsi edir.

Qurani-Kərimin Mominun surəsin ilk 14 ayəsinin tilavətini qari Mahmud Əhməd Əbdülhəkəmin səsi ilə təqdim edirik:

Mominun surəsi

    

Ad:
E-poçt:
* Comment:
* captcha: