IQNA

9:57 - January 02, 2019
Xəbər sayı: 3484462
İordaniya çayının qərb sahillərində yerləşən Salfit şəhərində yaşayan 12 yaşlı Yusif Şahin autism xəstəsi olmasına rəğmən bütün Qurani-Kərimi əzbərləyə bilib.

Autism xəstəliyi olan uşaq Quranı hifz elədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniya çayının qərb sahillərində yerləşən Salfit şəhərində yaşayan 12 yaşlı Yusif Şahin autism xəstəsi olmasına rəğmən bütün Qurani-Kərimi əzbərləyə bilib.
Yusif Şahin anadan olandan autism xəstəliyinə düçar olub. O, zehni pərakəndəlik və həddindən artıq fiziki hərəkətləri olmasına baxmayaraq güclü hafizəyə malikdir.
Yusifin anasının dediyinə görə, onlar Yusif məktəbə gedərlən onun autism xəstəsi olduğunu biliblər. Müəllimi deyib ki, Yusif təkcə ədədləri və riyazi hesablamanı yaxşı bilir.
O, ailənin beşinci uşağıdır. Riyaziyyatı yaxşı bilən Yusif üçüncü sinifdə oxuyandan meyilini tam olaraq Qurana verib. Dördüncü sinifdə oxuyandan isə Quranı əzbərləməyə başlayıb.
Yusifin anası deyir ki, onun 70 yaşlı qoca nənəsi onun Quranı əzbərləməsində yardımçı olub. Quranın bir neçə cüzini əzbər bilən qoca nənə həmişə Yusifi öz yanında əyləşdirir, onun üçün Quran tilavət edir və Yusif də ayələri təkrarlayırdı.
Yusifin anasının dediyinə görə, o, televiziyadan verilən Quran proqramlarını da dinləyir və istənilən qarini səsini eşitməklə tanıyır.
Yusifin müəllimləri də onun həyatının Qurana bağlı olduğunu deyirlər. Onlar Yusifə Quran qissələri kimi faydalı kitablar da hədiyyə edirlər.   
http://iqna.ir/fa/news/3777483

Teqlər: iqna ، autism ، quran hafizi ، Yusif Şahin
Ad:
E-poçt:
* Comment:
* captcha: